İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yaxın günlərdə Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə M.Zərif İran Nazirlər Kabinetinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
“Gələn həftə planlarımız yaxşı gedərsə və koronavirus testimizin cavabı neqativ çıxarsa, Qafqaza və Rusiyaya səfər etməyi düşünürəm" deyən İran XİN başçısı bildirib ki, səfərlərin tarixləri artıq müəyyənləşib.
Onun sözlərinə görə, Türkiyə ilə də danışıqlar aparılır: "Dünən gecə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə səmərəli telefon danışığım oldu".
"Fikrim budur ki, Dağlıq Qarabağ böhranına və bölgədə sülh və sabitliyin bərqərar edilməsi vəziyyətinə kömək etmək üçün əməkdaşlıq edə biləcək ölkələrə səfər edim”,-deyə Cavad Zərif əlavə edib.