• SİYASƏT

    13:19 21 aprel 2021

İsrail səfirinin müavini: "İsrail Azərbaycanın irsini dəstəklədiyi üçün fəxr edir"

“Quba Azərbaycanın tolerant xarakterinin digər bir nümunəsidir. Bu, faktdır. bu gün biz bu tolerantlığı birgə qeyd edirik. Azərbaycana gəldiyimdən bəri Qubaya səfərimi planlaşdırırdım. Aylar öncədən bu səfərin hər bir detalı planlaşdırılıb, burda olmağımdan necə xoşbəxt olduğumu sözlərlə ifadə edə bilmirəm”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Qubada səfərdə olan İsrailin Azərbaycandakı səfirinin müavini Doron Peer deyib.

O bildirib ki, bu gün Dövlət Turizm Agentliyi və İsrailin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə turizm marşrutlarının inkişafı və təkmilləşdirilməsi məqsədilə Quba rayonunun Qırmızı qəsəbəsində yeni turizm məlumat nişanları hazırlanaraq istifadəyə verilib.

Səfirin müavini qeyd edib ki, səfəri çərçivəsində Qubada yəhudi icmasının üzvləri ilə görüşəcək.

“Biz yerli tur bələdçilərini lazımi ləvazimatla təmin edəcəyik, onların inkişafı üçün, həmçinin pandemiyanın yaratdığı çətinliklərin öhdəsindən gəlməsi üçün sahibkarlara dəstəklə bağlı layihələr reallaşdıracağıq. Biz burada kiçik və orta sahibkarlığın dirçəlib güclənməsi üçün birlikdə çalışacağıq. Biz vəziyyəti qiymətləndirəcəyik, həm Qubada, həm də bütünlükdə Azərbaycanda turizmin bərpası üçün işlər görəcəyik. İsrail həqiqətən də Azərbaycanın irsini dəstəklədiyi üçün fəxr edir. Bu yalnız yəhudi icması ilə bağlı deyil, müxtəlif layihələrlə Azərbaycana dəstək göstərməkdən məmnunuq. Hazırda İsrail hökuməti və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparılır. Qarşıdakı həftədə iki ölkənin hökumət təmsilçiləri arasında yüksək səviyyəli görüş keçiriləcək və bu görüşdə müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Biz bu görüşdə yaxın gələcəklə bağlı nə edib-etməyəcəyimiz müzakirə edəcəyik. İsrail və Azərbaycan arasında bu bağlılıq, isti münasibətlər xalqlarımız arasındakı yaxın münasibətlərin, sevginin və ortaq dəyərlərin əsasında qurulub”, - deyə D. Peer vurğulayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR