İsrailin Azərbaycandakı səfirliyinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Bu barədə APA-ya səfirlikdən məlumat verilib.
Bildirilib ki, buna İsrail Maliyyə Nazirliyinin qərarı səbəb olub.
“Belə ki, bu ilin 21 iyulunda İsrail Maliyyə Nazirliyinin Baş direktoru tərəfindən imzalanan və on illiklərdir ki, mövcud olan protokolu dəyişdirən birtərəfli prosedurun tətbiq edilməsi səbəbindən diplomatik nümayəndəliyi bağlamaq məcburiyyətində qalırıq. Səfirlikdə heç bir konsulluq xidmətləri göstərilməyəcək və heç kimin səfirliyə girişinə icazə verilməyəcək. İsrail diplomatları hər zaman ölkənin gücü və dayanıqlığını artırmaq üçün səy göstərməyə sadiqdirlər. Təəssüf ki, Maliyyə Nazirliyinin qərarı bizi İsrail dövlətinin həyati mənafelərinə xələl gətirdiyindən yuxarıda göstərilən tədbirləri həyata keçirməkdən başqa bir seçim qoymur. Ümid edirik ki, bu böhran ən qısa zamanda həll ediləcək", - deyə məlumatda qeyd olunub.