• SİYASƏT

    10:36 2 may 2019

İƏT baş katibi: "Dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmalıyıq”

“Ümumi mövqedən çıxış edərək ekstremizmə, dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmalıyıq”.

ONA-nın xəbərinə görə, bu sözləri İƏT-in baş katibi Yusif bin Əhməd Əl-Osaymin Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bu gün müxtəlif qütblər arasında qarşıdurmalar baş verir: "Bunlar dar düşüncəli insanların atdığı addımlardır. Qərb və şərqdəki dövlətlər əməkdaşlıq etməlidir. Bu baxımdan mədəniyyətlərarası dialoq, bütün sahələrdə iş birliyi vacibdir”.

İƏT baş katibi deyib ki, mədəniyyətlərarası dialoq xalqların birgə yaşamasına aparan yoldur: “Biz istərdik ki, birgə əməkdaşlıq edərək dini ekstremizmin baş tutmasına imkan verməyək. Bəzən ekstemizm islamla bağlanır. Lakin dünyada baş verənlər bunun əksini göstərir. Qarşımızda olan çağırışları anlamalı və münaqişələrin qarşısının alınmasına töhfə verməliyik. Bu və ya digər ölkədə çaşqınlığın aradan qaldırılması dialoq nəticəsində mümkündür. Seneqalda belə bir təcrübəmiz mövcuddur. İƏT BMT-nin İnsan Hüquqları Şurasında da fəaldır. İƏT bütün regionlarla dialoqun gücləndirilməsi prinsiplərinə sadiqdir".

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR