• SİYASƏT

    17:49 23 may 2019

İƏT baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

ONA-nın məlumatına görə, təbrikdə bildirilir: "Zati-aliləri.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Zati-aliləri, Sizə Uca Allahdan möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm.

İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan Respublikası ilə sıx əlaqələri, ölkənizin təşkilatımıza dəstəyini, təşkilatın yaradılmasının məqsədi olan İslam həmrəyliyinin təbliğində rolunu yüksək qiymətləndirir. Əmin ola bilərsiniz ki, İslam Əməkdaşlıq Təşkilatı üzv ölkələr arasında birgə dəyərləri təbliğ etmək, qarşılıqlı əməkdaşlığı gücləndirmək üçün səylərini bundan sonra da davam etdirəcək.

Əminəm ki, Zati-aliniz üzv ölkələrin xalqları arasında əməkdaşlığın və İslam həmrəyliyinin möhkəmləndirilməsinə dəstəyini və töhfələrini bundan sonra da əsirgəməyəcək.

Cənab Prezident, ən yüksək ehtiramımı və hörmətimi qəbul etməyinizi xahiş edirəm".

ONA

Teqlər:

SON XƏBƏRLƏR