İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Şuşaya şəhərinə səfər edib.
APA xəbər verir ki, bu gün konfrans iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə tanış olub.
Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov səfər iştirakçılarına şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.