• SİYASƏT

    16:50 30 noyabr 2022

İki nəfərə “Əməkdar jurnalist” fəxri adı, 3 nəfərə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərə “Əməkdar jurnalist” fəxri adının və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

ONA xəbər verir ki, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə imzalanan Sərəncama əsasən, aşağıdakı şəxslərə “Əməkdar jurnalist” fəxri adı verilib:

Əliyev İlham Yaylaqalı oğlu

Musayev Alqış Həsən oğlu.

Aşağıdakı şəxslərə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Xəlilov Zahid Abdulla oğlu

Şadlinski Vaqif Bilas oğlu

Vəliyev Misirxan İzzət oğlu.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR