• SİYASƏT

    15:07 17 may 2019

Azərbaycanda iki rayonun icra başçısı dəyişdirilib - SƏRƏNCAM

Azərbaycanda iki rayonun icra hakimiyyətinin başçısı işdən çıxarılıb.

ONA-nın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Siraqəddin Nəcəf oğlu Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı, Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrindən azad ediliblər.

Prezidentin digər sərəncamı ilə Siraqəddin Nəcəf oğlu Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı, Nazim Mehdi oğlu İsmayılov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Cavid

Teqlər:

SON XƏBƏRLƏR