“Qərbi azərbaycanlıların siyahıya alınması prosesi davam edir”.
ONA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının Mətbuat xidmətinin rəhbəri Ülviyyə Zülfiqar deyib.
O bildirib ki, bu günə qədər 100 mindən çox şəxs qeydiyyata alınıb: “Hər gün 250-300 nəfər qeydiyyata düşmək üçün müraciət edir. Hətta kök evi Qərbi Azərbaycan olanlar da siyahıya alınır. 1988-1991-ci illərdə deportasiya olunanlardan 100 min nəfər qeydiyyata alınıb. Həmçinin daha əvvəl deportasiya olunanların varislərindən də qeydiyyata alınanlar var”.