• SİYASƏT

    23:50 4 aprel 2019

İndoneziyanın “Tempo” jurnalı azərbaycanlıların soyqırımına dair geniş məqalə dərc edib

İndoneziyanın “Tempo” həftəlik xəbər jurnalında azərbaycanlıların soyqırımına dair geniş məqalə dərc edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, məqalədə Azərbaycanın qanlı səhifələrlə dolu tarixinə nəzər salınaraq, rus inqilablarından məharətlə istifadə edən erməni daşnaklarının “Böyük Ermənistan” ideyası və bolşevik bayrağı altında Azərbaycanın müxtəlif regionlarında azərbaycanlılara qarşı həyata keçirdiyi vəhşiliklərdən, o cümlədən Stefan Şaumyan və Avanes Apresyan kimi erməni qəsbkarlarının etiraflarından söz açılır.

Məqalədə, həmçinin, Quba hadisələrinə də toxunularaq, ermənilərin törətdikləri kütləvi insan qətlləri zamanı müsəlmanlarla yanaşı ləzgi və yəhudilərin, hətta qırğınlara etiraz edən gürcü və rusların da qətlə yetirildiyi faktına da diqqət çəkilir.

Sonda, o qanlı hadisələrin unudulmadığı vurğulanaraq, 31 mart tarixinin azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması ilə keçmişdə və hazırkı dövrdə də azərbaycanlılara qarşı aparılan etnik təmizləmə faktları barədə dünya ictimaiyyətinin məlumatlandırıldığı bildirilir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR