• SİYASƏT

    13:21 29 may 2019

İngiltərə və Fransa deputatları Azərbaycanda təhlükəsizlik və tolerantlığa valeh olduqlarını bəyan ediblər

“Mən Azərbaycana gələndə təhlükəsizliklə bağlı narahat idim. Amma gördüm ki, Azərbaycan həddən artıq təhlükəsiz ölkədir”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda iştirak edən Avropa Parlamentinin İngiltərədən olan üzvü Netan Gill bildirib.

N.Gill nəzərə çatdırıb ki, Bakı küçələrində çox rahat gəzir: “Mən bilmirdim ki, Azərbaycan iqtisadi cəhətdən nə qədər inkişaf etmiş ölkədir. Küçədə mən çox rahat gəzirdim. Mən ailələrin dünən Respublika Günündə necə rahat gəzdiyini görürdüm. Azərbaycan turistlər üçün rahat ölkədir”.

N.Gill nəzərə çatdırıb ki, Avropa Parlamentində gördükləri barədə məlumat verəcək: “Siz insanları ermənilər üçün lobbiçilik etməkdən dayandıra bilməzsiniz. Ancaq siz insanlara həqiqəti göstərərək, yalanlara qarşı mübarizə apara bilərsiniz”.

Fransa Parlamentinin üzvü Jan-Lük Reytser deyib ki, Azərbaycan müstəqil siyasət həyata keçirir: “Azərbaycanın Rusiya və İranla sərhədləri nəzərə alınsa, Azərbaycanın müstəqil siyasəti məni valeh edir. Azərbaycan inkişaf etməklə yanaşı, müstəqilliyini qoruyub. Azərbaycandakı tolerantlıq da məni ruhlandırır. Azərbaycan müsəlman ölkəsi olsa da, dünyəvi bir ölkədir. Biz Azərbaycanla müqayisədə Parisdə daha çox başı örtülü qadınlara rast gəlirik. Azərbaycanda etnik azlıqlar sərbəst yaşayır. Bəziləri deyir ki. Azərbaycanda demokratiya tam deyil. Hansı ölkədə demokratiya tamdır? Fransada da demokratiya tam bərqərar olmayıb. Ona görə də insanlara deyirəm ki, Bakıya gəlin, müşahidə edin. Azərbaycana gəlməklə reallıqları görəcəksiniz”.

Prezident Administrasiyasının Xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov Bakıda Avropa Oyunlarının açılışında erməni komandasının iştirak etdiyini xatırladıb: “Bu gün bacı-qardaş erməni gimnastlar Bakıdadır, yarışda iştirak edirlər. Mxitaryan məsələsi erməni təbliğatının nəticəsidir. Mxitaryan güclü oyunçu olsa da, son dövrlər heç əsas heyətdə də iştirak etmir”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR