Xarici İşlər Nazirliyi tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan seçilmiş hakimə diplomatik pasport veriləcək
ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Pasportlar haqqında” Qanununa dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Sənədə əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan seçilmiş hakimin arvadına (ərinə), 18 yaşına çatmamış uşaqlarına, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladlarına və 18 yaşına çatmış ərdə olmayan qızına da diplomatik pasport veriləcək.