• SİYASƏT

    12:54 1 mart 2019

İqor Dodon Azərbaycana gəlir

Moldova Prezidenti İqor Dodon Azərbaycana səfərə gələcək.

Bu barədə ONA-ya Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib. Səfərin məqsədi martın 14-16-da keçiriləcək VII Qlobal Bakı forumunda iştirak etməkdir.

Moldova Prezidenti ötən il keçirilən VI Qlobal Bakı Forumunda da iştirak edib. O, foruma xanımı ilə birlikdə qatılıb.

VII Qlobal Bakı Forumunda 70-dən çox ölkə təmsil olunacaq. Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılacaq. Azərbaycan artıq 7-ci ildir ki, foruma ev sahibliyi edir. Tədbirdə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi və ictimai xadimlər, tanınmış media nümayəndələrinin də iştirakı gözlənilir.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR