• SİYASƏT

    15:45 17 aprel 2019

İranın sənaye, mədən və ticarət naziri Bakıya gəlir

Sabah İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani Bakıya gəlir.

İranın Azərbaycandakı Səfirliyindən ONA-ya veirlən məlumata görə, iranlı nazir Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, əmək və əhalisinin sosial müdafiəsi naziri Sahil Babayev və iş adamları ilə görüşəcək.

Səfər çərçivəsində Hacıqabul sənaye məhəlləsində Azərbaycan və İranın avtobusqayırma və ehtiyat hissələrin birgə istehsalı üzrə layihənin təməli qoyulacaq.

Nazirin səfəri zamanı Azərbaycanda İran Ticarət Mərkəzinin açılışı gözlənilir.

Səfər zamanı Azərbaycan və İran arasında ikitərəfli iqtisadi və enerji layihələri, Şimal-Cənub Dəhlizi, Rəşt-Astara dəmiryol layihəsi, sərgi əməkdaşlığı, əməkdaşlıq memorandumlarının imzalanması haqda müzakirələr aparılacaq.

Səfər aprelin 20-i başa çatır.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR