İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıya səfər edəcək.
Bunu ONA-nın Tehran müxbirinə açıqlamasında İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi deyib.
A.Musəvi deyib ki, Azərbaycana səfər XİN başçısının gündəmindədir. O, Zərifin Ermənistana da səfər edəcəyini açıqlayıb, lakin səfərlərin tarixi ilə bağlı açıqlama verməyib.