• SİYASƏT

    18:21 30 may 2019

İraq və Estoniya prezidentləri Prezident İlham Əliyevi təbrik ediblər

İraq Respublikasının Prezidenti Bərham Saleh Azərbaycan Prezidenti İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik edib.

ONA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Əs-səlamu aleykum varahmatullahi vabarakatuhu.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi təbrik etməkdən sevinc duyur, bu fürsətdən istifadə edərək İraq Respublikasının müxtəlif sahələrdə xalqlarımızın mənafeyi naminə dost ölkələrimiz arasındakı əlaqələrin inkişafına və möhkəmlənməsinə olan istəyini təsdiqləyirəm.

Cənab Prezident, Sizə davamlı müvəffəqiyyətlər və möhkəm cansağlığı, dost Azərbaycan xalqına inkişaf və rifah arzulayıram”.

Həmçinin Estoniya Respublikasının Prezidenti Kersti Kalyulayd, Moldova Respublikasının Qaqauz Yeri Muxtar Ərazi Qurumunun İcraiyyə Komitəsinin sədri vəzifəsini icra edən Vadim Çeban və Rusiya Federasiyasının Başqırdıstan Respublikasının rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən Radi Xabirov da Prezident İlham Əliyevi Respublika Günü münasibəti ilə təbrik ediblər.

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR