• SİYASƏT

    14:51 19 may 2022

İSESCO-nun Baş direktoru Şuşadan sülhlə bağlı çağırış edib

“Postmünaqişə dövründə mədəniyyət məsələləri ən həssas və vacib məsələlərdir”.

APA xəbər verir ki, bunu İSESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Şuşadakı "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, sülhün bərpası üçün birlikdə çalışmaq vacibdir: “Sülhü qaytarmaq, sülhün davamlılığına nail olmaq üçün cidd-cəhdlə çalışmalıyıq. Təhsil və elm kimi ciddi ehtiyaclar paralel şəkildə təmin olunmalıdır. Biz mədəni irsə dərindən inanırıq. Mədəni irs sülh üçün ən əsas körpülərdən biridir və canlı yaddaşdır”.

Direktor münaqişədən əziyyət çəkən əhaliyə dəstək üçün bir neçə əsas məsələnin diqqətdə saxlanılmalı olduğunu deyib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR