Azərbaycanla İtaliya arasında sıx dostluq münasibətləri mövcuddur və əlaqələrimiz sürətlə inkişaf edir.
ONA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan İtaliyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Paolo Qrimoldi deyib. O bildirib ki, səfərin məqsədi mövcud münasibətləri daha da möhkəmləndirmək və digər əməkdaşlıq sahələrini araşdırmaqdır: “İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Bizim əsas məqsədimiz Azərbaycanın adətinə-ənənəsinə və qanunvericiliyinə hörmət edərək bu münasibətləri dəstəkləməkdir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 6, 2 milyard dollar olub. Yeni qaz xəttinin açılması ilə bu rəqəm daha da artacaq”.