Tbilisi meri Kaxa Kaladze
  • SİYASƏT

    12:24 7 aprel 2026

Kaladze: Azərbaycan Prezidentinin Gürcüstana səfəri münasibətlərin dərinləşməsinə töhfə verir

Azərbaycan Prezidentinin Gürcüstana səfəri dostluq münasibətlərinin dərinləşməsinə töhfə verir.

ONA xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, region ölkələri arasında dinc və mehriban münasibətlərin dərinləşməsinin alternativi yoxdur.

"Gürcüstanla Azərbaycan arasındakı münasibətlər, strateji tərəfdaşlıq vacibdir. Mən bu səfəri alqışlayıram. Yaxın Şərqdə baş verən mürəkkəb prosesləri nəzərə alsaq, sülhə alternativ yoxdur. Bizim Azərbaycanla dostluq münasibətlərimiz var. Ölkə liderlərinin bu cür səfərləri dostluq münasibətlərinin dərinləşməsinə töhfə verir”, - Kaladze əlavə edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR