• SİYASƏT

    10:55 7 mart 2019

Kaliforniya kilsəsində Azərbaycanın dini tolerantlıq ənənələri təqdim olunub

Kaliforniyanın Pasadena şəhərində yerləşən nüfuzlu “Knox” Presviterian Kilsəsində Azərbaycanın dini tolerantlıq ənənələri təqdim olunub.

ONA xəbər verir ki, bu barədə Azərbaycanın Los Ancelesdəki Konsulluğu məlumat yayıb. Baş konsulu Nəsimi Ağayev çıxışı zamanı Azərbaycanın coğrafi mövqeyi, müstəqillik tarixi haqqında ətraflı məlumat verərək, ölkədə mövcud olan dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələrindən danışıb. O, müsəlman dünyasında ilk dünyəvi demokratik respublikanın 1918-ci ildə məhz Azərbaycanda qurulduğunu, ölkədə qadınlara ilk dəfə səsvermə hüququ verdiyini, həmçinin müsəlman dünyasında ilk opera, operetta və baletin də Azərbaycana məxsus olduğunu qeyd edib.

Təqdimatdan sonra keçirilən qrup iclasında baş konsul həmçinin Ermənistanın ölkəyə qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə danışaraq, Xocalı soyqırımı haqda iştirakçıları məlumatlandırıb. N.Ağayev qeyd edib ki, Ermənistan həm öz ərazisində, həm də işğal olunmuş Azərbaycan ərazilərində dini və mədəni irsimizə qarşı əsl soyqırımı həyata keçirib. Baş konsul həmçinin bildirib ki, müxtəlif dinlərin dinc yanaşı yaşadığı Azərbaycandan fərqli olaraq, Ermənistan bu gün monoetnik və təkdinli dövlətə çevrilib, etnik və dini nifrətin müxtəlif formaları olan Azərbaycan düşmənçilyi (azərbaycanofobiya), eləcə də antisemitizm burada uzun illər dövlət siyasəti səviyyəsinə yüksəldilərək, erməni kimliyinin ayrılmaz parçası halına gəlib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR