• SİYASƏT

    17:29 4 iyul 2019

Kestutis Yankauskas: “Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələri xüsusi əhəmiyyətə malikdir”

Bu gün Baş Nazirin müavini Əli Əhmədov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasla görüşüb.

ONA-nın məlumatına görə, görüşdə Şərq Tərəfdaşlığı çərçivəsində Avropa İttifaqının yardımı hesabına Azərbaycanda həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə olunub.

Azərbaycanda həyata keçirilən layihələrə Aİ-nin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirən Ə. Əhmədov qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi üçün hökumət tərəfindən bütün zəruri addımların atıldığını qeyd edib. Baş Nazirin müavini Azərbaycan ilə Aİ arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu deyib.

Kestutis Yankauskas isə bildirib ki, Azərbaycanla Aİ arasında mövcud olan etibarlı tərəfdaşlıq əlaqələri xüsusi əhəmiyyətə malikdir. O, növbəti illərdə Fəaliyyət Proqramları çərçivəsində Aİ-nin Azərbaycanda icra olunacaq yeni layihələrinin daha effektiv, səmərəli və vaxtında həyata keçirilməsi üçün zəruri olan işlər haqqında fikirlərini də açıqlayıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR