KİV: Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri sabah Moskvada görüşəcəklər
  • SİYASƏT

  • 11:04 26 Yanvar 2021

KİV: Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri sabah Moskvada görüşəcəklər

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının inşasının müzakirə edilməsi üçün Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin görüşünün vaxtı məlum olub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə RBK Rusiya və Ermənistan hökumətindəki iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, görüş yanvarın 27-də Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək.

Məlumatda bildirilib ki, üçtərəfli görüşdə Azərbaycan tərəfindən Şahin Mustafayev, Rusiyadan Aleksey Overçuk, Ermənistandan isə Mqer Qriqoryan iştirak edəcəklər.

Qeyd edək ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupun yaradılması qərarı verilib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR