Xudavəng monastrındakı erməni keşişlər oradan çıxıb getməlidir.
Bunu APA-nın sualına cavab olaraq Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Sədr ermənilərin o monastra aidiyyətinin olmadığını deyib:
"Ora Qafqaz Albaniyasına məxsusdur və oranın idarəsi gec-tez Alban-Udi Dini İcması tərəfindən həyata keçiriləcək".