Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunub.
APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Humay Elçın qızı Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Məsələ səsə qoyularaq qəbul edilib.
Humay Elçin qızı Əfəndiyeva Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.
Humay Əfəndiyeva daha sonra and içib.