“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” sərəncamda dəyişiklik olunub.
ONA xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” 2004-cü il 21 aprel tarixli 196 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında fərmanında əks olunub.
Fərmana əsasən, Komissiyanın yeni tərkibi aşağıdakı kimi verilib:
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi ‒ şöbə müdiri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi”.