Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün baş tutacağına inanırıq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında mümkün görüşlə bağlı sualı cavablandırarkən deyib.
“Belə bir üçtərəfli görüş hazırlanır, onun baş tutacağına ümid edirik. Yeri və zamanı vaxtında müəyyənləşdirəcəyik”, - Kremlin sözçüsü vurğulayıb.