• SİYASƏT

    15:07 16 aprel 2019

Küveytin Azərbaycandakı səfiri Lənkərana gedib

Küveytin Azərbaycandakı səfiri Lənkəranda səfərdədir.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, səfir Səid Əbdüləziz əl-Rumi Lənkərana tanışlıq səfərinə gəlib.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən qəbul edilən qonağa Lənkəran rayonunun tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi və mədəni həyatı barədə ətraflı məlumat verilib. Azərbaycan-Küveyt dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində müxtəlif sahələrdə, xüsusilə turizm sahəsində birgə işin qurulması perspektivləri barədə fikir mübadiləsi aparılıb. Səfir hər iki dost ölkə arasında qarşılıqlı əməkdaşlığın və anlaşmanın bundan sonra da dərinləşməsindən ötrü səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Daha sonra səfir Lənkəranda Heydər Əliyev xatirə parkında, Heydər Əliyev Mərkəzində, Tarix-diyarşünaslıq muzeyində, Xalça fabrikində, Hirkan Milli Parkı ərazisində yerləşən Xanbulan dəryaçasında, Olimpiya İdman Kompleksində, İstisu Müalicə Mərkəzində, “Green East” çəltikçilik təsərrüfatında, “Yaşıl çay” fermer təsərrüfatının çay plantasiyalarında olub və şəhərin dənizsahili turizm əraziləri ilə maraqlanıb.

Tural Kərimov

Aytən

Teqlər:

SON XƏBƏRLƏR