• SİYASƏT

    12:30 23 avqust 2022

Laçının Azərbaycanın nəzarətinə qayıtmasına həsr olunmuş dəyirmi masa keçirilib

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Laçın: Post münaqişə dövrünün yeni mərhələsi” adlı dəyirmi masa təşkil edilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, artıq Laçın şəhəri Azərbaycanın nəzarətinə keçir.

BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova Ermənistanın üçtərəfli öhdəlikləri yerinə yetirməkdən yayınmağa çalışdığını, ancaq Azərbaycanın hücum diplomatiyası və Qisas əməliyyatından sonra Laçından çıxmaq məcburiyyətində qaldığını anlayıb: “Laçının strateji önəmli bəllidir. Laçın şəhəri, Zabux və Sus kəndlərində yaşayanların mütləq əksəriyyəti Yaxın Şərq ölkələrindən gətirilmiş ermənilərdir və onlar da təbii ki, bu torpaqları tərk etməlidirlər”.

BMTM-in aparıcı məsləhətçisi Mətin Məmmədli qeyd edib ki, bu günlərdə Azərbaycanın daha bir ərazisi üzərində suveren hüquqları bərpa olunacaq, Laçın şəhərində Azərbaycan bayrağı dalğalanacaq: “Laçın Qarabağın qapısıdır. Laçın hər zaman Azərbaycanın tarixi ərazisi olub. Laçındakı toponimlər də təsdiq edir ki, bu ərazilər etno-mədəni baxımından bizə məxsus olub”.

Mətin Məmmədli 1928-ci ildə Türkmənçay müqaviləsindən sonra Azərbaycanın tarixi ərazilərinə ermənilər köçürülsə də, Laçında ermənilər məskunlaşmayıb: “1918-ci ildə quldur Andranikin dəstəsi Zabux-Laçın yolunda mühasirəyə salınıb, iki günlük döyüşdə tamamilə məhv edilib, Andranik qaçaraq canını qurtarıb. Ermənilər sovetlər dönəmində də Qarabağla Ermənistan arasında maneə saydıqları Laçının statusunu ləğv etməyə çalışıb, buna nail ola bilməyiblər. Ancaq sovetlər dönəmində Güləbird, Malıbəyli, Cicibli kəndlərinin yüz hektarlarla torpağı, Qaragöl yaylağının ətrafı ermənilər tərəfindən ələ keçirilib. Bu günlərdə Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ümumən Cənubi Qafqazda təhlükəsizlik mühitinə böyük töhfə verəcək”.

Politoloq Zaur Məmmədov Laçın rayonunun Azərbaycana qaytarılmasına dair öhdəliyin üçtərəfli razılaşmada əksini tapdığını nəzərə çatdırıb: “Azərbaycan yeni yolu istifadəyə verib və ona görə də ermənilər Laçın şəhəri, Zabux və Sus kəndlərini tərk etməlidirlər”.

1994-cü ildən sonrakı dövrlərdə aparılan sülh danışıqlarında da Laçının xüsusi yer tutduğunu, Laçının əhalinin yaşamayacağı, hərbsizləşdirilmiş, Ermənistanla Qarabağ arasında dəhliz olması təklifinin əksini tapdığını xatırladan politoloq ermənilərin əsrlərdir ki, Laçını ələ keçirməyə çalışdıqlarını söyləyib: “Yeni Laçın yoluna tətbiq edilən prinsiplər Zəngəzur dəhlizi ilə eyni olmalıdır. Bir məqamı da qeyd edim. Avqustda nəzarətə götürülən Qırxqız və Sarıbaba yüksəkliklərindən yeni çəkilən Laçın yoluna tam nəzarət mümkündür. Sərsəng su anbarına gedən yollar da nəzarətə götürülüb. Gələcəkdə ermənilər hər hansı təxribata yol verərsə, avqustda nəzarətə götürülən yüksəkliklər kiçik əməliyyat nəticəsində Sərsəng su anbarının tam nəzarətə götürülməsinə əlverişli imkan yaradır”.

Politoloq Fikrət Sadıqov isə Laçın şəhəri, Zabux v Sus kəndlərindən köçən ermənilərin bəzilərinin evləri yandırmasına diqqət çəkib: “Bu insanlar erməni diasporunun təsirindədir”.

Politoloq Tofiq Abbasov isə Azərbaycanla bağlı həqiqətlərin təbliği üçün xarici media orqanları ilə təmasların artırılmasını vacib sayıb: “Erməni mətbuat vaxtaşırı ermənipərəst ekspertlərə istinad edirlər. İddia edirlər ki, guya eradan əvvəl belə Laçında ermənilər yaşayıblar. Bunun nə tarixi, nə hüquqi əsası var ”.

Tədbir müzakirələrlə davam edib.

Laçının Azərbaycanın nəzarətinə qayıtmasına həsr olunmuş dəyirmi masa keçirilib - FOTO Laçının Azərbaycanın nəzarətinə qayıtmasına həsr olunmuş dəyirmi masa keçirilib - FOTO Laçının Azərbaycanın nəzarətinə qayıtmasına həsr olunmuş dəyirmi masa keçirilib - FOTO Laçının Azərbaycanın nəzarətinə qayıtmasına həsr olunmuş dəyirmi masa keçirilib - FOTO Laçının Azərbaycanın nəzarətinə qayıtmasına həsr olunmuş dəyirmi masa keçirilib - FOTO Laçının Azərbaycanın nəzarətinə qayıtmasına həsr olunmuş dəyirmi masa keçirilib - FOTO Laçının Azərbaycanın nəzarətinə qayıtmasına həsr olunmuş dəyirmi masa keçirilib - FOTO Laçının Azərbaycanın nəzarətinə qayıtmasına həsr olunmuş dəyirmi masa keçirilib - FOTO

ONA

Teqlər:

SON XƏBƏRLƏR