• SİYASƏT

    15:35 6 iyun 2022

Lavrov: “Ukrayna Rusiya ilə danışıqlardan imtina edib”

Ukrayna Rusiya ilə danışıqlar aparmaq istəmir, Kiyev bundan imtina edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi onlayn mətbuat konfransında deyib.

"Ukrayna müstəsna olaraq vəziyyətin fevralın 24-də "yerdə" olan vəziyyətə qaytarılmasını tələb edir, başqa fantaziyalar gündəlik olaraq ən müxtəlif və bəzən ziddiyyətli şəkildə ifadə edilir. Lakin Ukrayna danışıqlar aparmaq istəmir, o, bundan imtina edib. Bununla da Ukraynanın anqlosakson liderlərinin iradəsini yerinə yetirdiyinə inanmaq üçün bizdə hər cür əsas var”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

O əlavə edib ki, Rusiya ukraynalı həmkarlarının irəli sürdüyü təkliflər əsasında vicdanla işləməyə hazırdır və bu təkliflər əsasında yazılmış müqavilə layihəsi bir ay yarımdır ki, Ukrayna tərəfində hərəkətsiz qalıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR