• SİYASƏT

    14:50 16 mart 2022

Lavrov və Çavuşoğlu Moskvada görüşüb - VİDEO

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında ikitərəfli görüş başlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, görüş Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilir.

Protokol hissədə çıxış edən Lavrov türkiyəli həmkarı ilə Antalya Diplomatiya Forumunda görüşünü xatırlayıb: “Çox qısa müddət bundan öncə, 10 mart tarixində Antalya Diplomatiya Forumu çərçivəsində bir görüş keçirmişdik. İndi yenə təkrar görüşürük. Bu qədər qısa bir müddətdən sonra yenidən görüşməyimiz bizim ikitərəfli dialoqumuzun və koordinasiyamızın nə dərəcədə önəmli olduğunu bir daha göstərir. Xüsusi ilə də hazırkı şərtlər çərçivəsində, beynəlxalq gündəm bu qədər tez dəyişərkən işbirliyimiz çox vacibdir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR