İran və Rusiya xarici işlər nazirləri bu gün Moskvada Azərbaycan, Rusiya və İran prezidentlərinin avqustda Rusiyada keçiriləcək görüşünə hazırlıq məsələsini müzakirə ediblər. ONA-nın məlumatına görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşdən sonra keçirilən mətbuat konfransı zamanı deyib.
Nazirlər görüşdə həmçinin Xəzər dənizi məsələlərinə dair müzakirə aparıblar.