Mayın 7-də Azərbaycanla Almaniya arasında siyasi məsləhətləşmələr keçiriləcək.
ONA-nın məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab mətbuat konfransında bildirib.
O bildirib ki, məsləhətləşmələrə Almaniya tərəfdən Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Mixeil Zibbert rəhbərlik edəcək.
Görüş Bakıda baş tutacaq.