MDB ölkələrinin dövlət başçılarının iclası oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.
ONA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə MDB-nin icraçı katibi Sergey Lebedev açıqlama verib.
“Hazırda bu vacib iclasa hazırlıq gedir. İclasda təşkilat çərçivəsində əlaqələri möhkəmləndirəcək bir sıra qərarların qəbul olunması gözlənilir”,- deyə S.Lebedev əlavə edib.