Prezident İlham Əliyev Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə İcraçı direktor təyin edilməsi haqqında sərəncam imzalayıb.
ONA-nın məlumatına görə, sərəncama əsasən, Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib.