Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar "Instagram" səhifəsində paylaşım edib.
ONA xəbər verir ki, paylaşımda deyilir:
"Xalqımızın azadlığı uğrunda həlak olmuş həmvətənlərimizin – 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"