• SİYASƏT

    11:58 6 fevral 2023

Mehriban Əliyeva Türkiyəyə başsağlığı verib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyədə baş vermiş zəlzələ ilə bağlı paylaşım edib.

ONA xəbər verir ki, paylaşımda deyilir:

"Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!"

ONA

Teqlər:

SON XƏBƏRLƏR