Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım edib
  • SİYASƏT

  • 13:06 10 May 2021

Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım edib.

APA-nın məlumatına görə, paylaşımda deyilir: “Bu gün Heydər Əliyevin – bütün həyatını doğma Azərbaycana xidmətə həsr etmiş dahi şəxsiyyətin anadan olmasının 98-ci ildönümüdür. O, Vətəninə, müstəqil, çiçəklənən, qüdrətli Azərbaycanda xoşbəxt görmək istədiyi xalqına olan sonsuz sevgisini hər şeydən üstün tuturdu. Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir. Ən başlıcası onun müqəddəs arzusu reallaşıb – bizim 30 ilə yaxın işğal altında olmuş torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilib. Dahi lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR