• SİYASƏT

    14:53 21 may 2019

Meksika səfiri: "Azərbaycanla əlaqələr yaxşı inkişaf edib"

"Meksika və Azərbaycan artıq bir-birinə daha yaxın dövlətlərdir. İki ölkə arasında mədəniyyət, turizm, ticari sahələrdə əlaqələr daha yaxşı inkişaf edib".

ONA-nın xəbərinə görə, bunu Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardin keçirdiyi mətbuat konfransında deyib.

Diplomatın sözlərinə görə, Meksika və Azərbaycan arasında ticarət əhəmiyyətli dərəcədə artıb, 2018-ci ildə bu rəqəm 26,2 milyon dollara çatıb: "Ötən ili Meksika-Azərbaycan ticarət mübadiləsində rekord il kimi səciyyələndirə bilərik".

İki ölkə arasında diplomatik əlaqələrin 1991-ci ildə qurulduğunu xatırladan səfir bildirib ki, Meksika Senatı Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı müxtəlif sənədlər qəbul edib: "Sonradan parlamentlərarası əlaqələr inkişaf etməyə başladı, qarşılıqlı səfərlər baş tutdu".

R. Labardin qeyd edib ki, Meksikadan Azərbaycana neft sektoru üçün borular, pivə, avtomobillər və s. ixrac edilir.

Səfir tekila istehsalçılarının Azərbaycana bir neçə dəfə səfər etdiklərini və özəl şirkətlərlə müvafiq müqavilələr bağladıqlarını vurğulayıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR