"2018-ci ildə Azərbaycana səfər edən meksikalı turistlərin sayı artıb".
ONA-nın xəbərinə görə, bunu Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardin keçirdiyi mətbuat konfransında bildirib.
Səfir bildirib ki, 2017-2018-ci illərdə Azərbaycana gələn meksikalı turistlərin sayı 9 faiz, Meksikaya gedən azərbaycanlı turistlərin sayı isə 20 faiz artıb. R. Labardinin sözlərinə görə, azərbaycanlı turistlər daha çox Kankun və Mexikonu ziyarət edirlər.
O qeyd edib ki, Meksika Azərbaycanda mədəni tədbirlərin keçirilməsinə də xüsusi əhəmiyyət verir.