Məzahir Pənahovun sədrliyi ilə 2019-cu il martın 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
ONA-nın xəbərinə görə, əvvəlcə Komissiyanın 22 noyabr 2018-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiqlənib.
Sonra MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb və müvafiq dəyişikliklər təsdiq olunub.
İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi də müzakirə edilib. Komissiyanın qərarı ilə 2 saylı Şərur, 7 saylı Ordubad-Culfa, 15 saylı Yasamal birinci, 37 saylı Nizami birinci (Gəncə), 48 saylı Yevlax, 58 saylı Hacıqabul-Kürdəmir, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir, 67 saylı Cəlilabad şəhər, 76 saylı Lənkəran-Astara, 98 saylı Şəmkir şəhər, 109 saylı Balakən və 117 saylı Oğuz-Qəbələ seçki dairələri dairə seçki komissiyalarının tərkində dəyişiklik edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.