• SİYASƏT

    15:38 6 may 2019

Məzahir Pənahov Avropa Şurasının nümayəndə heyəti ilə görüşüb

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycanda səfərdə olan Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən ONA-ya verilən məlumata görə, Məzahir Pənahov qonaqları salamlayaraq görüşdən məmnunluğunu ifadə edib və MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla, eləcə də Avropa Şurası və onun müxtəlif qurumları ilə uzunmüddətli səmərəli əlaqələrindən söhbət açıb.

O qeyd edib ki, MSK beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığa hər zaman mühüm əhəmiyyət verir. Azərbaycanın seçki sahəsində əldə etdiyi uğurlar və seçki praktikasının ilbəil daha da inkişaf edərək hazırkı səviyyəyə çatması məhz Avropa Şurası və digər beynəlxalq qurumlarla əməkdaşlığın nəticəsidir.

Avropa Şurasının Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qessel Azərbaycanda seçki təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində atılan addımlar, seçici siyahılarının dəqiqləşdirilməsi və siyasi partiyaların maliyyə hesabatları ilə əlaqədar görülən işlərlə maraqlanıb.

Qonaqların suallarını ətraflı cavablandıran M.Pənahov ölkədə seçki sistemi, seçici siyahılarının dəqiqləşdirilməsi və siyasi partiyaların maliyyə hesabatlarının MSK-ya təqdim edilməsi fəaliyyəti ilə bağlı geniş məlumat verib, son illər keçirilən seçkilərdə əldə olunan nailiyyətləri və qabaqcıl təcrübəni onların diqqətinə çatdırıb.

Görüşdə qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Mirmahmud

Teqlər:

SON XƏBƏRLƏR