• SİYASƏT

    18:16 22 fevral 2019

Məzahir Pənahov Moldovada seçkiləri müşahidə edəcək

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 24-də Moldova Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə bu ölkəyə səfərə yola düşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən ONA-ya verilən məlumata görə, Moldova Mərkəzi Seçki Komissiyasının sədri Alina Russunun dəvətinə əsasən, gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun digər rəsmi şəxslərlə yanaşı, Moldovalı həmkarı ilə də görüşü və iki ölkənin ali seçki qurumları arasındakı uzunmüddətli əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, MSK təmsilçiləri Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsi sədrinin dəvətilə bu təşkilatın tərkibində də seçkilərin müşahidəsində iştirak edirlər.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR