Mərkəzi Seçki Komissiyasının sədri müəyyənləşib.
APA-nın məlumatına görə, MSK-nın bu gün yeni tərkibdə keçirilən ilk iclasında Məzahir Pənahov yenidən qurumun sədri seçilib.
Mərkəzi Seçki Komissiyasının sədr müavini və katibləri də müəyyənləşib.
Rövzət Qasımov qurumun sədr müavini, Mikayıl Rəhimov və Arifə Muxtarova katibi seçiliblər.
Qeyd edək ki, bundan əvvəl də Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov, katibləri Mikayıl Rəhimov və Arifə Muxtarova olub.