Bu gün Milli Məclisdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsi məsələsinə baxılacaq.
APA-nın məlumatına görə, Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.