• SİYASƏT

    13:36 9 aprel 2020

Milli Məclis hökumətin 2019-cu il üzrə fəaliyyətinə dair hesabatı qəbul edib

Bu gün Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə edilib.

APA-nın məlumatına görə, Baş Nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatını təqdim edib. Sənəd karantin rejimi ilə əlaqədar videohesabat şəklində təqdim olunub. Hesabat səsverməyə çıxarılaraq qəbul edilib.

Spiker Sahibə Qafarova bildirib ki, deputatların təklifləri Nazirlər Kabinetinə təqdim ediləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR