Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti iclası başlayıb.
ONA-nın xəbərinə görə, iclasda Milli Məclis adından Prezident İlham Əliyevə təbrik məktubu göndərilib.
Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, xalqımız liderinə inam və etibarını bir daha bəyan etdi. Bu müdrik seçim bölgədə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə Azərbaycan üçün çox uğurlu olacaq.
Sədr bildirib ki, Milli Məclis adından Prezident İlham Əliyevə təbrik məktubu göndərilib.