Milli Məclis Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
ONA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib ki, iki gün sonra Prezident İlham Əliyevin doğum günüdür.
Spiker bildirib ki, Prezident İlham Əliyevin fenomenal liderlik qabiliyyəti sayəsində Azərbaycan dünyanın sayılan, seçilən ölkələr sırasına çıxıb: “Məhz İlham Əliyevin sayəsində Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoyulub. Azad edilmiş ərazilərdə miqyası bütün dünyanı heyrətə salan quruculuq işləri görülür. Dünən Xankəndi şəhərində baş tutan tədbirlə Azərbaycan dünyaya Qarabağın əsl sahibinin kim olduğunu göstərdi”.
Sədr təklif edib ki, Milli Məclis adından Prezident İlham Əliyevə təbrik məktubu ünvanlansın.
Təklif alqışlarla qəbul edilib.