• SİYASƏT

    12:35 14 iyun 2019

Milli Məclis sədri: “Heydər Əliyevin qayıtması xalqı böyük fəlakətdən və qardaş qırğınından qurtardı”

“1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası başlayıb. Zaman bizi 1990-cı ilin həyəcanlı günlərindən uzaqlaşdırdıqca, tariximizin bu dönüş məqamında şahidi olduğumuz siyasətçilərin qədir-qiymətini daha yaxşı bilməliyik”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin sədri Oqtay Əsədov parlamentin növbədənkənar sessiyasının iclasında bildirib.

O. Əsədov deyib ki, o dövrlərdə Azərbaycan dövləti ikinci dəfə əldə etdiyi müstəqilliyi itirmək ərəfəsində idi, qardaş qırğını təhlükəsi vardı: “Bu çətin zamanlarda müdrik Azərbaycan xalqı, dahi oğlu, böyük şəxsiyyət Heydər Əliyevə tərəf döndü. Ulu öndərin Azərbaycanda hakimiyyətə qayıtmağı ilə xalqı böyük fəlakətdən və qardaş qırğınından qurtardı. Azərbaycanın müasir dövlətinin istiqamətləri müəyyənləşdi. Ona görə də hər il iyunun ayının 15-ni Milli Qurtuluş Günü kimi qeyd edirik. Hər kəsi təbrik edirəm, Azərbaycan xalqına inkişaf arzu edirəm”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR