• SİYASƏT

    15:44 17 oktyabr 2021

Milli Məclis sədrinin birinci müavini: “Azərbaycan xaricdən heç bir təhdiddən çəkinmir”

"Əminliklə deyə bilərik ki, Azərbaycan bir sıra ölkələrdən fərqli olaraq real müstəqillik əldə edib, xaricdən heç bir təhdiddən çəkinmir. Bunu ictimaiyyət də görür, Prezident İlham Əliyevin bəyanatları da təsdiqləyir”.
APA-nın yerli bürosunun məlumatına görə, bunu Gəncədə jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib.
Ə. Hüseynli deyib ki, Azərbaycan öz gücü ilə torpaqlarını azad edib, müharibədən zərər çəkmiş insanlara yardım edib, sosial-maddi problemlərini həll edib: “Qarabağda quruculuq işləri aparılır. Biz bütün bunları müstəqil olaraq həyata keçiririk. Biz həm daxili siyasətdə, həm də xarici siyasətdə müstəqilik, heç kimdən asılı deyilik. Müstəqilliyimizin 30-cu ildönümü Azərbaycan tarixində müstəsna rol oynayacaq. Söhbət həm Azərbaycanın müstəqilliyi, həm ərazi bütövlüyünün təminatı, həm də Azərbaycanın real müstəqil dövlətçilik tarixindən gedir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR