Milli Məclisdə koronavirus (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər barədə dair dinləmə keçiriləcək.
APA-nın məlumatına görə, bu, Milli Məclisin Səhiyyə komitəsinin 2020-ci ilin payız sessiyası üçün İş Planında əksini tapıb.
Səhiyyə komitəsi payız sessiyasında icbari tibbi sığortanın tətbiqi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərin edilməsi və onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri ilə bağlı da dinləmələr təşkil edəcək.